Rusiya 2026-cı ilə qədər Xarkov və Dneperi tutmaq istəyir?

Rusiya 2026-cı ilə qədər Xarkov və Dneperi tutmaq istəyir?

Rusiya Ukraynada hərbi əməliyyatları 2026-cı ilə qədər davam etdirmək niyyətindədir və bu müddət ərzində Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin əksəriyyətini, o cümlədən onların regional mərkəzlərini tutmağı planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild”in hərbi analitiki Yulian Röpke kəşfiyyat mənbələrinə istinadən yazır.

Məlumatlara görə, Rusiya hakimiyyəti dünya ictimaiyyətini Rusiyanın “sülh niyyətləri” barədə çaşdırmaq üçün Qərbin Ukraynaya dəstəyinin azalmasına, eləcə də sülh danışıqlarının imitasiyasına ümid edir. Əslində, Kreml heç bir atəşkəs planlaşdırmır və Ukraynada müharibə üçün yeni ortamüddətli plan hazırlayır.

Bunu “Bild” yazır.

Beləliklə, 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası Donetsk və Luqansk vilayətləri üzərində tam nəzarət yaratmağı və Xarkov vilayətində Oskol çayına çatmağı planlaşdırır.

2026-cı ilin sonuna qədər Rusiya qərbə, Dneprə doğru irəliləməyi və Xarkov, Dnepr və Zaporojye şəhərləri də daxil olmaqla Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin əhəmiyyətli hissəsini tutmağı planlaşdırır.

Eyni zamanda, Xerson cəbhəsində müdafiəni Xerson və ya Odessanın sağ sahilində irəliləmədən Dnepr boyunca tutmaq planlaşdırılır.

...Kəşfiyyat məlumatlarına görə, Rusiya hakimiyyəti bu məqsədlərə çatmaq üçün Ukraynada hər il 100 minə qədər əsgər itirməyə hazırdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə