Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba münaqişənin hazırkı mərhələsində Ukrayna üçün çətin hərbi vəziyyət yarandığını bildirib.
“Münaqişənin hazırkı mərhələsi Ukrayna və tərəfdaşlarımız üçün asan deyil”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kuleba tərəfindən deyildiyi bildirir.
Kulebanın sözlərinə görə, guya hamı meydanda onlardan “Hollivood sıçrayışları” istəyir.
O, həmçinin bildirib ki, əgər münaqişədəki nailiyyətlər rəqəmlərlə ölçülsəydi, Ukrayna Rusiya Silahlı Qüvvələrinin say üstünlüklərini dərk edərək “artıq uduzmuş olardı”.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın cəbhədə üzləşdiyi uğursuzluqların çoxu Kiyevdə hakimiyyətin nüfuzunun zəifləməsinə gətirib çıxarır.
Bu arada “Financial Times” nəşri Vladimir Zelenskinin optimist strategiyasının Ukraynada mülki hakimiyyət və hərbi rəhbərlik arasında fikir ayrılığı yaratdığını yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB