Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 14-də Berlində Yəhudi Konqresinin açılışında çıxış edərkən “...Almaniya yəhudilərin vətəni olaraq qalacaq və mən şəxsən bütün almanların böyük əksəriyyəti kimi bunun tərəfdarıyam”-deyə bildirib.
Almaniyada yəhudilərə qarşı artan hücumlardan danışan Ştaynmayer, ölkədə bu cür antisemitizmin mövcudluğundan “şok və qəzəbləndiyini” bildirib.
Buna baxmayaraq, yəhudi həyatı bütün Almaniyada inkişaf etməyə davam edəcək - gündəlik həyatda, icmalarda, sinaqoqlarda, universitetlərdə, incəsənətdə və mədəniyyətdə, cəmiyyətdə və siyasətdə...
Bunu da Almaniya Prezidenti əmin edib.
Qeyd edək ki, Frank-Valter Ştaynmayer almanların “HƏMAS terroruna müqavimət göstərməli olan İsrailin tərəfində olduğunu təkrarlayıb.
Qəzza zolağında dinc əhalinin əzablarına toxunan Ştaynmayer bildirib ki, Almaniyada da fələstinli qurbanlar üçün ağrıların ifadə oluna biləcəyi “ictimai məkan olmalıdır”, lakin mərhəmət antisemitizmlə qarışarsa, Almaniya mübarizə aparacaq.
“Bu nifrətə heç nə haqq qazandıra bilməz, heç nə antisemitizmə haqq qazandıra bilməz”, - dövlət başçısı vurğulayıb.
Yeri gəlmişkən, Yaxın Şərqdə baş verən hadisələr fonunda Almaniyada bu il antisemitizm cinayətlərinin sayı xeyli artıb. Məsələn, dekabrın 4-nə olan məlumata görə, Federal Cinayət İdarəsi Yaxın Şərqdəki müharibə ilə bağlı 4200 cinayət hesablayıb.
Federal Cinayət İdarəsinin “DW” nəşrinə verdiyi məlumata görə, bu rəqəm yalnız Almaniyadakı real vaxt vəziyyətini əks etdirən gündəlik hesabatlara əsaslanır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB