Rusların Avdeevka istiqamətindəki uğursuz cəhdləri davam edir...

Gün ərzində baş verənlər
Rusların Avdeevka istiqamətindəki uğursuz cəhdləri davam edir...

Ruslar yenə də Avdeevka istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa cəhd ediblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində qeyd edildiyi kimi, gün ərzində 82 hərbi toqquşma baş verib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır.

...Kupyanski istiqamətində Ukrayna müdafiəçiləri Xarkov vilayətinin Sinkovka bölgəsində rusların 13 hücumunu dəf ediblər, burada düşmən aviasiyanın dəstəyi ilə ukraynalıların müdafiəsini yarmağa cəhd edib.10-a yaxın yaşayış məntəqəsi artilleriya atəşinə tutulub.

Bunu Baş Qərargah bildirib.

Liman istiqamətində müdafiə qüvvələri Donetsk vilayətinin Ternov şəhərinin şərqində rusların hücumunu dəf edib. Ruslar Luqansk vilayətinin Serebryanski meşə təsərrüfatı ərazisinə də hava zərbəsi endirib, 10-a yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub.

Baxmut istiqamətində Ukrayna əsgərləri Donetsk vilayətində İvanovski, Kleşçievka və Andreevka yaxınlığında rusların yeddi hücumunu dəf edib. 10-a yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub.

Qeyd edək ki, Avdeevka istiqamətində ruslar aviasiyanın dəstəyi ilə ukraynalıların müdafiəsini yarmağa uğursuz cəhd göstərib.

Baş Qərargahın bildirdiyinə görə, gün ərzində rusların uğursuz həmlələri Maryinski, Şahtarski, Zaporojye, Xerson istiqamətlərində də davam etdirilib.

Ukrayna əsgərləri Dnepr çayının sol sahilində Xerson vilayətində mövqelərini tutmaqda və düşmənə atəş açmaqda davam ediblər.

...Severski və Slobojanski istiqamətlərində 20-dən çox yaşayış məntəqəsi rusların artilleriya və minaatan atəşinə məruz qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə