Dekabrın 14-də Ukrayna hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında Rusiyanın X-47 “Kinjal” aeroballistik raketini vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Kiyev telekanalının efirində bildirib.
Bu, hava hücumundan müdafiənin işi idi və bir raketin vurulması baş verdi.
Dekabrın 14-də bütün Ukraynada Rusiyaya məxsus MiQ-31K qırıcılarının “Kinjal”ları daşıyan havaya qalxması ilə əlaqədar bir neçə dəfə hava hücumu xəbərdarlığı elan edilib.
Saat 15.45-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri “Telegram”da işğalçıların Kiyev istiqamətində raketlər atması barədə məlumat yayıb. “Suspilna” saat 15.50-də Kiyevdə partlayış səsləri barədə Telegram-da məlumat yayıb.
Kiyev Hərbi Hava Qüvvələri Rusiyanın bölgəyə raket hücumu nəticəsində itki olmadığını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB