Almaniyanın “Bild” nəşrinin baş redaktorunun müavini Paul Ronçxaymer, Vladimir Zelenskinin Almaniyaya hazırkı səfəri zamanı Almaniya kansleri Olaf Şolzla görüşün planlaşdırılmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Qeyd olunur ki, Zelenski Almaniyanın Visbadendəki hərbi bazasında ABŞ generalları ilə görüşü başa çatdırıb və indi Almaniyanı tərk etmək niyyətindədir. Qeyd edək ki, Şolz hələ də Avropa İttifaqı sammitinin keçirildiyi Brüsseldədir.
“Məndə olan məlumata görə, Zelenski yalnız Amerika qoşunlarının yerləşdiyi Visbadenə baş çəkib və bu gün orada amerikalı generallarla görüş keçirib.
Axşam Ukrayna istiqamətində yola düşəcək. Kansler hələ də Brüsseldə olduğu üçün Şolz ilə görüşmək planı yoxdur.
Paul Ronçxaymer bildirib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB