Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün rəsmi olaraq namizəd statusu aldığını açıqlayıb.
Bundan əlavə, Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul edilib.
…Avropa Şurası Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başlamaq qərarına gəlib. Şura Gürcüstana namizəd statusu verib. Avropa Birliyi Bosniya və Herseqovina ilə üzvlük meyarlarına tələb olunan uyğunluq dərəcəsi əldə edildikdən sonra (qoşulma) danışıqlara başlayacaq və komissiyanı belə bir qərar qəbul etmək üçün mart ayına qədər hesabat təqdim etməyə dəvət edib.
SİA-nın əldə etdiyi məlumata görə, Mişel bunu X sosial şəbəkəsində yazıb.
“Ağ tüstü! Şərtlər yerinə yetirildikdən sonra Ukrayna və Moldova, Bosniya və Herseqovina ilə üzvlük danışıqlarının açılması. Və Gürcüstana namizəd statusu…”
Bunu “Azadlıq” radiosunun avropalı redaktoru Rikard Yozviak X sosial şəbəkəsində yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB