Belarus saytlarının yazdığına görə, bu elə bu gün məlum olub.
Belə ki, Belarus Ukrayna ilə elm sahəsində əməkdaşlıq haqqında müqaviləyə xitam verib. SİA-nın əldə etdiyi məlumata görə, bu,Milli Hüquq İnternet Portalı tərəfindən dərc edilmiş Nazirlər Şurasının (12 dekabr 2023-cü il tarixli, № 869) qəbul etdiyi sazişlə tənzimlənir.
Beləliklə, Belarus hökuməti Belarus və Ukrayna arasında 1992-ci ildə Kiyevdə imzalanmış elm və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişi dayandırıb. Həmçinin müqavilə ilə bağlı digər sənədləri də etibarsız elan edib.
Qeyd edək ki, Belarus Xarici İşlər Nazirliyi bu barədə qonşu ölkəyə bildiriş göndərməlidir.
Yeri gəlmişkən, qərar qəbul edildiyi andan qüvvəyə minib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB