Ermənistan və Yunanıstan hərbi-texniki sahədə əməkdaşlıq haqqında razılığa gəliblər. Müvafiq sənədin imzalanması Yunanıstanın paytaxtında baş tutub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ermənistan Müdafiə Nazirliyi yayıb.
Qeyd etdiyimiz kimi, müqavilənin imzalanması Afinada baş tutub. “Ermənistan və Yunanıstanın müdafiə nazirləri Suren Papikyan və Nikolaos Dendias “Ermənistan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” saziş imzalayıblar.
Bunu İdarənin mətbuat xidməti yayıb.
Görüşdə İrəvan və Afinanın əməkdaşlığın inkişafı üçün böyük potensiala malik olduğu vurğulanıb. Tərəflər hərbi-texniki istiqamət, təcrübə mübadiləsi və müxtəlif təlimlər də daxil olmaqla, onu yeni qüvvə ilə inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB