Almaniya Ukraynaya ikinci “Patriot”u verdi

Almaniya Ukraynaya ikinci “Patriot”u verdi

Almaniya Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi və onun üçün raketlər təqdim edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ikinci “Patriot” qurğusunun təhvil verilməsi ilə bağlı məlumat Ukraynaya verilən silahların yenilənmiş siyahısında yer alıb.

Qeyd edilir ki, siyahı Almaniya hökumətinin saytında yerləşdirilib. Hava hücumundan müdafiə sistemi dekabrın sonuna kimi istifadəyə veriləcək.

Onu da qeyd edək ki, Almaniya Ukraynaya dəstək üçün 2024-cü il üçün səkkiz milyard avro büdcə ayırıb. Almaniya kansleri Olaf Şolzun sözlərinə görə, bu məbləğin altı milyardı Almaniyadakı ukraynalı qaçqınlara kömək üçün istifadə olunacaq.

“Radiotochka NSN” qeyd edir ki, Almaniya hökumətinin başçısı əvvəllər bəyan etmişdi ki, Rusiya Qərb ölkələrindən Ukraynaya yardımın dayandırılmasına ümid etməməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə