Hazırda Qəzzada yaşamaq mümkün deyil, bura belə məqsədlər üçün yararsızdır. SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin baş komissarı Filippa Lazzarini çıxış edib.
...Mən bu forumda iştirak etmək üçün Qəzzədən qayıtdım. Mənim müharibə başlayandan bu yana üçüncü səfərim idi. Və hər dəfə vəziyyət daha da pisləşir. Bu gün Qəzza artıq yaşamaq üçün əlverişli bir yer deyil.
Qeyd edək ki, Lazzarini bunu Cenevrədəki mətbuat konfransında deyib.
Baş komissar əlavə edib ki, sektorun cənubunda, Rəfahda da infrastruktur dağıdılıb.
Xatırladaq ki, oktyabrın əvvəlində İsrail Qəzza zolağından raket hücumuna məruz qaldı. Atəşdən dərhal sonra Fələstin HƏMAS hərəkatının yaraqlıları yəhudi dövlətinin ərazisini işğal etməyə başlayıb. Buna cavab olaraq İsrail “Dəmir qılınclar” əməliyyatına başlayıb.
İsrailin xəstəxanalara, məktəblərə və qaçqın düşərgələrinin yaxınlığındakı raket hücumları beynəlxalq ictimaiyyət tərəfindən qınanıb.
Yalnız Birləşmiş Ştatlar görünən neytrallığını qoruyub saxladı və bu azmış kimi, dəfələrlə Qəzza zolağında müharibə ilə bağlı BMT qətnaməsinin qəbuluna mane oldu.
Noyabrın 24-dən noyabrın 30-dək İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs olub, onlarla girov və məhbusun mübadiləsi aparılıb, lakin atəşkəsin uzadılması mümkün olmayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB