...Cümə axşamı, dekabrın 14-də rus hərbçiləri Kiyevə hücum edib. “Rossiyskaya qazeta”nın iddiasına görə, Kiyevə hücum zamanı Amerikanın “Patriot” zenit-raket kompleksini vurublar.
Mənbə ballistik raketlərin MIM-104 “Patriot” hava hücumundan müdafiə sisteminin buraxılış qurğularına və (və ya) işıqlandırma eləcə də istiqamətləndirici radarına dəydiyini bildirib.
Qeyd edək ki, bir gün əvvəl media Kiyevdə partlayışlar, o cümlədən Julyanı hava limanı yaxınlığında güclü partlayış barədə məlumat yaymışdı.
Yeri gəlmişkən, Kiyevə Qərb ölkələrinin hərbi yardımı çərçivəsində verilən “Patriot” sistemlərindən biri may ayında raket hücumu zamanı xeyli ziyan görüb.
Kompleksin vəziyyətini qiymətləndirmək üçün Ukraynaya gələn amerikalı ekspertlər onun istismardan çıxarılmasını istisna etməyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB