Ukrayna ordusu bu gecə əksəriyyəti Odessa vilayətində olmaqla Rusiyanın 41 "Şahed" tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən açıqlamada Rusiyanın Odessa vilayətinə hücumları nəticəsində 3-ü uşaq olmaqla 11 nəfərin yaralandığı, avtomobildə və binada yanğının baş verdiyi, ətrafdakı binalara ziyan dəydiyi qeyd edilib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiya ordusunun gecə saatlarında “Şahed” PUA-ları və ''S-300'' zenit idarəolunan raketləri ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.
Açıqlamada Rusiyanın Mikolayiv və Xerson bölgələri istiqamətində 6 idarə olunan raket atdığı, Ukrayna hava məkanında ümumilikdə 42 Rusiya PUA-nın təsbit edildiyi və hücumların əsas istiqamətinin Odessa bölgəsi olduğu vurğulanıb.
Açıqlamada, döyüş əməliyyatları nəticəsində əksəriyyəti Odessa vilayətində olmaqla 41 PUA-nın vurulduğu bildirilib.
Rusiya ordusu 2022-ci ilin fevralında Ukraynaya hücum etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB