Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin şərtlərini AÇIQLADI
Rusiya ilə Ukrayna arasında sülh xüsusi hərbi əməliyyatın məqsədlərinə tam nail olunduqdan sonra mümkündür. SİA xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin birbaşa yayımda müvafiq suala cavab verərkən bildirib.
V.Putin deyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişmir. Bu, Ukraynanın denatifikasiyası, demilitarizasiyası və neytral statusudur.
Eyni zamanda, V.Putin qeyd edib ki, ölkədə ümumi hərbi səfərbərlik elan olunması gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB