Yaponiyada dörd nazir istefaya göndərilib

Yaponiyada dörd nazir istefaya göndərilib

Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin hakim Liberal Demokratik Partiyasının ən böyük fraksiyasında vəsait yığımı və rüşvətlə bağlı siyasi qalmaqal səbəbindən Nazirlər Kabinetinin dörd üzvünü istefaya göndərib. SİA Kyodo agentliyinə istinadla xəbər verir ki, vəzifədən uzaqlaşdırılan nazirlər, o cümlədən hökumətin Baş katibi Hirokadzu Matsuno mərhum sabiq Baş nazir Sindzo Abenin fraksiyasının üzvləridir. Fumio Kişida onların istefa ərizəsi qəbul edib.

Hirokadzu Matsunodan başqa, iqtisadiyyat, ticarət və sənaye naziri Yasutosi Nisimura, ümummilli işlər və kommunikasiyalar naziri Dzyundzi Sudzuki, kənd meşə təsərrüfatı və balıqçılıq naziri İtiro Miyasita istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə