Prezident Cozef Bayden ABŞ-ın sərhəd siyasətində Ukraynaya yardımla bağlı ikitərəfli razılaşmanın perspektivlərini artıran dəyişikliklər təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” yazıb.
...Respublikaçılar daxili təhlükəsizlik katibi Alejandro Mayorkasın çərşənbə axşamı gecəsi təxminən iki saat senatorlarla görüşməsindən sonra gələn şifahi təklifi müzakirə etmək üçün bağlı qapılar arxasında görüşdülər.
Respublikaçı senator Tom Tillis bildirib ki, bu təklif prezidentə müəyyən sayda sənədsiz miqrant sərhədi keçdikdən sonra miqrantları deportasiya etmək üçün genişləndirilmiş səlahiyyətlər verəcək.
Lakin mühafizəkar respublikaçılar bu təklifin kifayət etmədiyini bildiriblər.
Xatırladaq ki, ABŞ-ın Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün nəzərdə tutulan pulu tükənmək üzrədir.
Bununla bağlı prezident Cozef Bayden Konqresdən 100 milyard dollardan çox, o cümlədən Ukrayna üçün 60 milyard dollardan bir az artıq pul istəyib. Konqres hazırda paketlə bağlı fikir ayrılığına malikdir. Belə ki, respublikaçılar sərhəd təhlükəsizliyinin gücləndirilməsi təkliflərini tələb edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB