Bu dəfə qəzanı təcili yardım maşını törədib...

Bu dəfə qəzanı təcili yardım maşını törədib...

...Bu gün Qazaxıstanın Akmola vilayətində dəhşətli avtomobil qəzası baş verib. SİA-nın əldə etdiyi məlumata görə, yaralılar arasında təcili yardımın işçisi də var. Hazırda onun komada olduğu deyilir.

Beləliklə, Kosşi şəhərində təcili yardım maşını qəzaya uğrayıb. Qəza barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil yaxınlıqdakı kənddən Astanaya gedirmiş.

“Sputnik Qazaxıstan” xəbər verir ki, kabinədə bir xəstə - 73 yaşlı təqaüdçü olub.

Polis şöbəsi faktla bağlı cinayət işinin açıldığına aydınlıq gətirib və hadisənin təfərrüatlarından danışıb.

Məlum olub ki, 28 yaşlı gəncin idarə etdiyi “QAZell” qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb. Və maşınlar toqquşub.

...Dörd nəfər xəsarət alıb: iki sürücü, bir xəstə və 28 yaşlı feldşer. Onlar ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Qadın feldşer reanimasiyada müalicə olunur - o, komadadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə