Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına uyğun “AH-64 Apache” və bu kimi müasir helikopterlərə ciddi ehtiyacı var.
SİA-nın əldə etdiyi məlumata görə, “Hütsul” çağırış nişanlı “Mi-8” helikopterinin ekipaj komandiri bu barədə UNİAN-a müsahibəsində danışıb.
Doğrudur, biz düşməni məhv edirik, lakin NATO-nun silahları daha dəqiqdir. Naviqasiya və atəşin idarə edilməsi sistemi bizə avtomatik olaraq marşrutu müəyyənləşdirməyə, hədəfi aşkar etməyə və uzaq məsafələrdə atəş açmağa imkan verir. Bu, çox vaxta qənaət edir, hesablamaları sürətləndirir və iş daha səmərəli həm də təhlükəsiz edir.
Bunu deyən ukraynalı pilot əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri “Mi-8” və “Mi-24”-də idarə olunan tank əleyhinə raketlərdən istifadə edə bilməz, onlar idarə olunmayan raketlərdən istifadə edirlər.
Hərbçi həmçinin Fransanın H225 Super Puma və Eurocopter EC 145 helikopterlərindən necə istifadə etdiyini də danışıb.
Onu dediyinə görə, bu helikopterlər regional mərkəzdə təcili tibbi evakuasiya üçün nəzərdə tutulub. Belə ki, bu helikopterlər tapşırıqlarına görə çox effektivdir, lakin döyüş əməliyyatları üçün uyğun deyil. Onlar yaralıların təxliyəsi üçün istifadə olunur.
Yeri gəlmişkən Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya Apache AH64 E hücum helikopterlərini təhvil verməyə hazırlaşır.
Qeyd edək ki, bu helikopterlər onlarla işğalçı tankını məhv etməyə qadirdirlər. Bildirilib ki, Ukrayna “Challenger 2” tanklarını aldıqdan sonra helikopterlərin təhvil verilməsi də planlaşdırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB