“...Bu, həqiqətən də uçurumdur”

“...Bu, həqiqətən də uçurumdur”

Polşanın yeni baş naziri Donald Tusk Macarıstanla digər Avropa İttifaqı ölkələri arasında Ukraynaya yardım məsələsində fikir ayrılıqlarını “uçurum” adlandırıb.

SİA xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

Agentliyin məlumatına görə, Tusk Brüsselə Avropa İttifaqı-Qərbi Balkanlar sammitinə gəlib. Orada ondan Ukraynaya yardım məsələsində Avropa İttifaqının 26 ölkəsini və Macarıstanın baş naziri Viktor Orbanı necə birləşdirməyin mümkün olduğu soruşulub.

“...Bu, həqiqətən də uçurumdur”-deyə Tusk bildirib.

Eyni zamanda, o, Orbanı inandırmaq üçün yeni açar tapmağa çalışacağını da bildirib, Amma maraqlıdır ki, o uğur qazanacağına elə də əmin deyil.

Xatırladaq ki, Macarıstan Avropa İttifaqının Ukrayna ilə bağlı demək olar ki, bütün qərarlarına qarşıdır. Xüsusilə Orban Avropa Birliyinin Kiyevə ayırmaq istədiyi maliyyə yardımının böyük hissəsinin qarşısını kəsib. Bundan başqa, Macarıstan Avropa İttifaqına üzvlüklə bağlı Ukrayna ilə danışıqların başlanmasına qarşı da çıxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə