Rusiya Slovakiya üçün düşmən deyil, Bratislava Moskva ilə münasibətləri normallaşdırmalıdır. SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla respublika parlamentinin vitse-spikeri Lubos Blaqa çıxış edib.
Çərşənbə günü, dekabrın 13-də Rusiyanın Slovakiyadakı səfiri İqor Bratçikovla görüşdən danışan Blaqa rusiyalını qəbul etməyin onun üçün şərəf olduğunu bildirib.
...Mən şəxsən Slovakiya-Rusiya münasibətlərinin yenidən normallaşması üçün hər şeyi edəcəyəm.
Qeyd edək ki, o bu barədə şəxsi Telegram kanalında yazıb.
Blaqa Rusiyanı və onun xalqını həmişə dost hesab etdiyini, həmçinin Slovakiya sakinlərinin də oxşar fikirdə olduğunu qeyd edib.
Bundan əvvəl Slovakiya parlamentinin üzvü Marian Keri Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların əleyhinə çıxış edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB