Bryansk vilayətində qaranlıqdır...

Bryansk vilayətində qaranlıqdır...

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Klimovski rayonunun Zabrama kəndini atəşə tutub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məmur öz Telegram kanalında Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulmasının fəsadlarından danışıb.

...Kənddə elektrik enerjisinin verilişi qismən kəsilib, lakin tələfat yoxdur - deyə o, bildirib.

Rayon rəhbəri yerli sakinlərə də xəbərdarlıq edib ki, qəsəbə dövlət sərhədinə yaxın olduğundan qəza briqadaları səhər saatlarında bərpa işlərinə başlayacaq.

Bu gün səhər saatlarında Müdafiə Nazirliyi iki Ukrayna HIMARS mərmisinin və altı pilotsuz təyyarənin vurulduğunu bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə