Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü gözlənilməz səfərlə Norveçə gəlib. O, baş nazir Yonas Qarom Störe ilə görüşüb və Skandinaviya sammitində iştirak edib.
SİA-nın əldə etdiyi məlumata görə, Stör bildirib ki, Norveç Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirmək niyyətindədir. Xüsusilə o, Ukraynaya yeni maliyyə və hərbi yardım tədbirlərini açıqlayıb. Oslo məktəb sistemi və səhiyyə kimi ictimai xidmətlərin göstərilməsi üçün Ukraynaya 3 milyard Norveç kronu (təxminən 273 milyon dollar) ayıracaq.
Bundan əlavə, Ukrayna 335 milyon kron (üç milyon dollardan çox) dəyərində əlavə NASAMS raket sistemləri və döyüş sursatları alacaq.
Norveç, Finlandiya, İsveç, Danimarka və İslandiya başçılarının qatıldığı Nordic sammitində Ukraynaya lazım olana qədər dəstəyin davam etdirilməsi ilə bağlı birgə bəyanat qəbul edilib.
Brifinq zamanı Ukraynanın Qərbin köməyi olmadan qalib gələ biləcəyi sualına Vladimir Zelenski belə cavab verib: “Siz köməksiz qalib gələ bilməzsiniz, amma siz də itirə bilməzsiniz”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB