Kadırov Çeçenistanda səfərbərlik planını 1500 faiz yerinə yetirib?
Çeçenistan qismən səfərbərlik planını 1500 faiz yerinə yetirib. Çeçenistan hərbi qulluqçuları Müdafiə Nazirliyi və Milli Qvardiyanın komandanlığı altında alay eləcə də batalyonlarda xidmət edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu regionun rəhbəri Ramzan Kadırov birbaşa yayım zamanı bildirib.
O, Çeçenistan sakinlərini Ali Baş Komandanın qarşıya qoyduğu vəzifəni yerinə yetirən əsl vətənpərvərlər adlandırıb.
Son zamanlar Rusiya cəmiyyəti bizimlə olub. Onlar başa düşdülər ki, biz Rusiya vətəndaşıyıq, vətənpərvərik. Səfərbərlik planını 1500 faiz yerinə yetirmişik. Əgər başqa bölgələr hələ də könüllüləri cəlb etməlidirlərsə, biz bunu etmişik. Bu batalyonlar, alaylar mənim tabeliyimdə deyil, onlar Müdafiə Nazirliyinə, Rusiya Qvardiyasına tabedirlər.
Bunu Kadırov bildirib.
Qeyd edək ki, 2023-cü ilin iyununda iki yeni alay yaradıldı - “AXMAT-Rusiya” və “AXMAT-Çeçenistan”.
Kadırovun sözlərinə görə, bura döyüş əməliyyatlarında təcrübəsi olan hərbçilər daxildir. Daha sonra o qeyd edib ki, Zaporojye vilayətində 42-ci diviziyanın 6 mindən çox çeçen döyüşçüsü fəaliyyət göstərir. Kadırov izah edib ki, diviziyaya çeçen döyüşçülərdən ibarət “AXMAT-Rusiya”, “AXMAT-Çeçenistan”, “Şimal-AXMAT” alayları, “Qərb-AXMAT”, “Şərq-AXMAT” və “Cənub-AXMAT” batalyonları daxildir.
Daha əvvəl Çeçenistan rəhbəri bildirib ki, respublika əhalisi Rusiyanın hazırkı prezidenti Vladimir Putinin 2024-cü il seçkilərində iştirak etmək qərarını dəstəkləyir və bunu tamamilə düzgün, həm də zəruri hesab edir. O, əmin edib ki, çeçen xalqı dövlət başçısına bütün lazımi dəstəyi verəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB