Türkiyə İsraillə ''Həmas'' arasında qarşıdurmaların başladığı 8 oktyabrdan bu yana 1047 Türkiyə vətəndaşını, Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşlarını və onların ailə üzvlərini Qəzzadan təxliyə edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli rəsmi ''X'' internet səhifəsində paylaşımında bu ifadələrə yer verib:
"Oktyabrın 8-dən bu yana 1047 vətəndaşımız, ŞKTC vətəndaşları və onların ailə üzvləri Qəzzadan təxliyə edilib. Təxliyə edilənlər sərhədin Misir tərəfində diplomatlarımız tərəfindən qarşılanır, əvvəlcə quru yolu ilə Qahirəyə, oradan da hava yolu ilə İstanbula gətirilir''
Keçeli təxliyyə edilməyi gözləyən vətəndaşların siyahısının mütəmadi olaraq yeniləndiyini və Qəzzadakı bütün Türkiye vətəndaşlarının təhlükəsiz və ən qısa zamanda təxliyyəsini başa çatdırmağı hədəflədiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə