Yandırmaq istədiyinə görə,12 il həbs cəzası aldı...

Yandırmaq istədiyinə görə,12 il həbs cəzası aldı...

Usinsk məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin şəhər administrasiyasının binasının yandırılması işi üzrə yerli sakini 12 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın əldə etdiyi məlumata görə, O, terror aktı törətməkdə təqsirli bilinib. Bu barədə İstintaq Komitəsinə məlumat verilib.

Qeyd edək ki, məhkumun adı açıqlanmır, lakin bir müddət bundan əvvəl yerli saytlar Yevgeni Zabolotnı adlı birinin Usinskdə Federal Təhlükəsizlik Xidmətinin binasının yandırılmasında şübhəli bilinərək saxlanıldığı barədə yazmışdı. OVD-info xəbər verir ki, artıq Zabolotnıya hökm oxunub.

İstintaqın məlumatına görə, may ayında Zabolotnı molotov kokteyli ilə binanı yandırmağa cəhd edib. Pəncərə və divar yanıb. Yanğının sahəsi bir yarım kvadratmetr olub və “kiçik ziyan” vurub. 30 yaşlı şübhəli qısa müddətdə saxlanılıb.

“Usinsk Online” nəşri yazır ki, məhkəmə prosesində Zabolotnı hərəkətlərini “mətbuata girmək istədiyi” ilə izah edib.

O, cəzasının ilk üç ilini həbsdə, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

...Hökm qanuni qüvvəyə minməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə