Polşada Belarusa qarşı terror aktları hazırlanırmış..?

Polşada Belarusa qarşı terror aktları hazırlanırmış..?

Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel, Polşada respublika ərazisində obyektləri ələ keçirməyə və terror aktları törətməyə hazırlaşan 7 qrupun müəyyən edildiyini bildirib.

SİA Komitə sədrinin dediklərinə istinadən Belarusda keçirilməsi nəzərdə tutulan terror aktlarına Şlyaxtiç təxəllüsü ilə xaricə qaçan belarus rəhbərlik edir. Tertel bildirib ki, təhlükəsizlik qüvvələri bu qrupun fəaliyyətinə nəzarət edən Polşa kəşfiyyatçılarının adlarını da bilir.

...Biz bunun qəbuledilməz olduğunu düşünürük. Biz bu təcrübədən istifadə etmirik və bunu yaxşı hesab etmirik. Ukraynalı, Polşalı, Baltikyanı həmkarlar bu silahın onlara qarşı çevrilməməsini təmin etməlidirlər.

Bunu Tertel xəbərdarlıq kimi edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl casusluqda şübhəli bilinən rus Polşadan qovulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə