Borrell söz verdi: seçkiləri tanımayacaq...

Borrell söz verdi: seçkiləri tanımayacaq...

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel 2024-cü il martın 15-17-də Rusiyanın yeni regionlarında keçiriləcək prezident seçkilərini pisləyib və onların nəticələrini tanımayacağına söz verib.

SİA-nın əldə etdiyi məlumata görə , bu barədə Avropa İttifaqının xarici siyasət xidməti Borrellin yaydığı bəyanata istinadən bildirib.

Onun fikrincə, “müvəqqəti olaraq işğal olunmuş ərazi” adlandırdığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiya prezident seçkilərinin keçirilməsi “BMT Nizamnaməsini və Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur

Avropa İttifaqı heç vaxt Rusiyanın Ukrayna ərazisində qondarma seçkilər keçirməsini və onların nəticələrini tanımayacaq. Rusiyanın siyasi rəhbərliyi və onların təşkilatlanmasında iştirak edənlər bu qanunsuz hərəkətlərin nəticələri ilə üzləşəcəklər.

Bunu deyən Borrell bir daha Kiyevə sarsılmaz dəstəyini vəd edib və Rusiya qoşunlarını eləcə də texnikasını Ukrayna ərazisindən çıxarmağa çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə