Rusiyada hər şey yaxşı olacaq...

Rusiyada hər şey yaxşı olacaq...

Rusiyada gələcək mütləq darıxdırıcı olmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Vahid Rusiya” partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib

...Ölkənin güclü, firavan və yaşayış üçün rahat olması üçün hər şey edilməlidir. Gələcək mütləq darıxdırıcı olmayacaq

Qeyd edək ki, Dmitri Medvedev bunu “Rusiyanın gələcəyi” diskussiya platformasında vurğulayıb.

“Vahid Rusiya” öz Telegram kanalında onun çıxışından bir parça dərc edib. Medvedev qeyd edib ki, Rusiyanın min illik tarixini müdafiə etmək lazımdır.

Medvedev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin vəzifəsində hələ çox işi var.

“Life” xəbər verir ki, Təhlükəsizlik Şurasının sədr müavini ölkə Konstitusiyasına yeni dəyişiklikləri də açıqlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə