Məşhur aktrisanın oğlu kimdir ?

"Yeşilçam"ın ulduz aktrisası, modellər kraliçası Bahar Erdənizin indi 72 yaşı var. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bahar Erdənizin bir dövrə iz qoymuş oğlu, hətta ondan da məşhurdur. Bunu ilk dəfə öyrənənlər təəccüblərini gizlədə bilməyiblər.
Bahar “Günaydın” qəzetinin birgə təşkil etdiyi Modellər Kraliçası Yarışmasına qatılıb. Bahar 21 may 1971-ci ildə Əmək Cinemada keçirilən müsabiqədə birincilik mükafatını qazanıb.
1950-ci il mayın 17-də İstanbulda dünyaya gələn Erdəniz ikinci dəfə "Fənərbağça"nın ulduz futbolçusu Engin Verellə ailə həyatı qurub. Daha sonra isə cütlüyün xoşbəxt evliliklərindən Can adlı bir oğlu dünyaya gəlib. 1982-ci ildə İstanbulda anadan olan Can Verel ailəsinin tək övladıdır.
Can indi məşhur aktyordur. O, “Selena” “Arka sokaklar” “İstanbullu gəlin” və daha bir çox filmlərdə iştirak etmişdir. Can Verelin ilk evliliyindən bir qız övladı olduğu söylənilir.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə