Moskvada cinayət dəstəsi üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qrup müəyyən xeyriyyə fondlarının fəaliyyətinə əsaslanır.
Belə ki, dəstə övladlarından qurtulmaq istəyən qadınlarla işləyib. Məlumata görə, bu fondların işçiləri hamilə qadınları Moskvaya dəvət edir və onlara müxtəlif müayinələr vəd ediblər.
"Guya ki, qadınlar bunun köməyi ilə müxtəlif tibbi rəy alacaqlar. Bu da onları xəstələndirəcək və sonrakı mərhələlərdə abort olacaq. Zərərçəkmişlər bütün pullarını bu xidmətlərə xərcləyərək dolanışıqsız qalıblar. Bu zaman fondun əməkdaşları onları qadın sığınacaqlarının işini idarə edən Natalya P-nin fəaliyyəti ilə tanış ediblər. O, qadınlarla psixoloji iş aparıb, onları uşaq dünyaya gətirməyə inandırıb, sonra Yuliya L. ilə anaları tərəfindən tərk edilmiş körpələri qəbul edib. Təhlükəsizlik əməkdaşları hesab edirlər ki, Yuliya və Natalya bu sxemlə ən azı 13 uşağı “əldə ediblər”", - KİV yazıb.
Qeyd edək ki, hazırda polis faktla bağlı araşdırma aparırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB