İsrail Qəzzada yeraltı tunellərə su vurur...

İsrail Qəzzada yeraltı tunellərə su vurur...

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “HƏMAS”ın tunel kompleksinə dəniz suyunu vurmağa başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən yayıb.

Nəşrin mənbələrinə görə, İsrail hərbçiləri Aralıq dənizindən Qəzza zolağındakı yeraltı tunellər sisteminə su vurur.

Deyilənlərə görə, bu yolla İsrail Müdafiə Qüvvələri “HƏMAS”-ın infrastrukturunu məhv etməyə ümid edir.

Əməliyyatın ilkin mərhələdə olduğu qeyd edilir. Amerika rəsmiləri tunellərin tamamilə su altında qalması üçün bir neçə həftə vaxt lazım olacağını hesablayırlar.

Bununla belə, onlar dəniz suyundan istifadənin səmərəsiz olacağından və Qəzzada şirin su ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcəyindən narahatlıqlarını ifadə edirlər.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət oktyabrın 7-də “HƏMAS”-ın İsrail ərazisinə genişmiqyaslı hücuma keçməsi ilə gərginləşib.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına zərbələr endirib. Hər iki tərəf bir-birinə qarşı hərbi əməliyyatlar elan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə