Bayden Ukraynaya yeni yardım paketi ilə bağlı fərman imzalayıb

Bayden Ukraynaya yeni yardım paketi ilə bağlı fərman imzalayıb

ABŞ prezidenti Cozef Bayden Ukraynaya ümumi məbləği 200 milyon dollar olan yeni hərbi yardım paketi haqqında fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Mesajda həmçinin bildirilir ki, Bayden qərarını Ağ Evdə Vladimir Zelenski ilə görüş zamanı açıqlayıb. Sonra ABŞ prezidenti “daha ​​200 milyon dolların ayrılmasını” təsdiqlədiyini deyib.

Bundan əlavə, Bayden onu da bildirib ki, ABŞ Konqresinin Ukraynaya hərbi yardım üçün əlavə maliyyə ayrılması ilə bağlı razılığa gəlməsi lazımdır.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Ağ Evin Ukraynadakı münaqişə ilə bağlı Kiyevə yeni bahalı hərbi yardım paketi ayırmaq üçün kifayət qədər yaxşı planı yoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə