Sofiyada sovet ordusuna ucaldılmış abidəsini sökürlər...

Sofiyada sovet ordusuna ucaldılmış abidəsini sökürlər...

Bolqarıstanın paytaxtı Sofiyada sovet ordusuna ucaldılmış abidənin sökülməsi prosesinə başlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS məlumat yayıb.

Xatırladaq ki, abidənin üstündə bir neçə tunc fiqur olan daş stelladır. İş planına əsasən, bürünc fiqurlar hər birinin çəkisi dörd tondan çox olmayan parçalara kəsilməlidir. Bu anda PPSh pulemyotu olan əl mərkəzi fiqurdan kəsilib ki, bu fiqur sovet əsgərini təsvir edirdi.

Deyilənə görə, abidənin sökülməsi sabah da davam etdiriləcək. Maraqlıdır ki, hadisə yerində söküntünün əleyhdarları görünməyib.

Yeri gəlmişkən, Sofiyada Sovet Ordusu abidəsi 1954-cü ildə sovet əsgərlərinin şərəfinə ucaldılıb.

Bolqarıstan paytaxtının sakinləri hər il bu abidənin önündə Qələbə Gününü qeyd edirdilər.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Sofiyada sovet ordusunun abidəsinin sökülməsini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə