“Dünya nüvə fəlakətinə yaxındır...”

Nazarbayev bəyanatla çıxış edib
“Dünya nüvə fəlakətinə yaxındır...”

Hazırda dünya nüvə fəlakətinə yaxınlaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Astana Klubunun yeddinci iclası zamanı Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev danışıb.

Yeni geosiyasi reallıq yaranır və buna bir neçə səbəb kömək edir. Məsələn, beynəlxalq münasibətlər sferasında güclü qarşıdurma güclənir, planetimizdə iqlim dəyişir, sanksiyalar fonunda dünyada iqtisadi böhran güclənir, ən əsası nüvə təhlükəsinin azaldılması istiqamətində əməkdaşlıq azalır.

...Məhz bu səbəbdən 2019-cu ilin noyabrında Astana Klubunun 5-ci iclasında mən nüvə təhlükəsizliyi və nüvə silahından azad dünya üçün Qlobal Liderlər Alyansının yaradılmasını təklif etdim.

Qeyd edək ki, bunu Nazarbayevin mətbuat xidməti bildirib.

Eks-prezident Qazaxıstanın nüvə silahsızlanmasına uzun illər töhfə verdiyini, lakin Qərb siyasətçilərinin ucbatından beynəlxalq aləmdə buna nail olmağın hələ də mümkün olmadığını qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə