“Polşanı yəhudi dövlətinə çevirmək üçün sui-qəsd hazırlanır..?”

Polşa Seymində qalmaqal. İfrat sağçı deputat Hanukkiahı söndürüb
“Polşanı yəhudi dövlətinə çevirmək üçün sui-qəsd hazırlanır..?”

Çərşənbə axşamı Polşada Azadlıq və Müstəqillik Konfederasiyası partiyasından olan ifrat sağçı deputat Qjeqoja Braunla bağlı qalmaqallı insident baş verib.

O, yanğınsöndürən balonunu götürərək yəhudilərin Hanukkah bayramının səkkiz günü ərzində istifadə edilən Hanukkiahdakı şamları söndürmək üçün istifadə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı “The Guardian” yazıb.

Beləliklə, Donald Tuskun rəhbərlik etdiyi yeni hökumətə planlaşdırılan etimad səsverməsindən əvvəl parlament prosedurları pozulub.

Qeyd edək ki, Tusk özü hadisəni “biabırçı” adlandırıb. ...Bu, qəbuledilməzdir, bir daha təkrarlana bilməz”, - deyə o bildirib.

Braunun hərəkətlərini pisləyən parlamentin spikeri Şimon Qolovnya Seymdə antisemitizm və ksenofobiyaya yer olmadığını vurğulayıb. Qolovnya həmçinin bildirib ki, prokurorluq Braunun hərəkətlərinə baxacaq.

Onu da qeyd edək ki, ifrat sağçı deputat artıq analoji qalmaqala düşüb.

“MIGNews” yazır ki, keçmişdə o, Polşanı yəhudi dövlətinə çevirmək üçün sui-qəsdin olduğunu söyləmişdi. İyunun əvvəlində Qjeqoja Braun Varşavadakı Alman Tarix İnstitutunda kanadalı Holokost alimi Yan Qrabovskinin çıxışını pozmuşdu.

“Deutsche Welle” yazır ki, daha sonra Braun Polşa millətini tarixi baxımdan həssas mövzulara qarşı təxribatçı hücumlardan müdafiə etdiyini söyləyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə