Rusiya iki ayda Avdeevka yaxınlığında 13 min əsgər itirib...

Bu gün Putin Konqresdə baş verənləri izləyir...
Rusiya iki ayda Avdeevka yaxınlığında 13 min əsgər itirib...

Oktyabr ayından bəri Rusiyanın Donetsk vilayətinin Avdeevka-Novopavlovka oxundakı ordusu 13 mindən çox əsgər və 220 döyüş maşını itirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adriann Uatson CNN-ə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Avdeevka istiqamətində iki ayda itkiləri təkcə texnika baxımından altı manevr batalyonunun itkisinə bərabərdir.

Amma buna baxmayaraq, Rusiya lideri Vladimir Putin Ukraynanı fəth etmək üçün hücuma sadiqdir, lakin onun ordusunun hücumları hələ ki, heç bir strateji qazanc əldə etməyib.

Uatsona görə, Putin böyük ehtimalla Qərbin Ukraynaya dəstəyini zəiflədə biləcəyinə ümid edir. Məhz elə ona görə də, Putin həsrətlə Konqresdə baş verənləri açıq şəkildə izləyir.

Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının dekabrın 12-nə olan məlumatına görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 800 rus işğalçısını məhv edib.

Genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya ordusunun ümumi itkiləri 340 mindən çox hərbi personalı ötdüyü deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə