Avropa Komissiyası Rusiyanın Avropa İttifaqı ərazisində dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin “immobilizasiyası mexanizmini” təsdiqləyib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Komissiyası rəhbərinin müavini Vera Yurova bildirib.
...Mexanizm, xüsusilə, dondurulmuş Rusiya aktivlərindən əldə edilən vergi gəlirlərindən Ukraynaya kömək etmək üçün istifadə etməyə imkan verir.
“Bloomberg” yazır ki, Avropa Komissiyası qarşıdakı dörd il ərzində Rusiyanın dondurulmuş aktivlərindən vergi tutulan mənfəətini 16 milyard dollardan çox (təxminən 15 milyard avro) qiymətləndirib.
Avropa Komissiyası aktivlərdən bir neçə mərhələdə istifadə etməyi planlaşdırır - ilk növbədə xalis gəlirlər Avropa İttifaqının 2024-2027-ci illər üçün büdcəsinə köçürüləcək. Dondurulmuş aktivlərdən əldə edilən mənfəət daha sonra aydın şəkildə müəyyən ediləcək və nizamnamə kapitalına uyğun olaraq uçota alınacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB