ABŞ prezidentliyi yarışında favorit kimdir..?

ABŞ prezidentliyi yarışında favorit kimdir..?

ABŞ-ın keçmiş lideri Donald Tramp ABŞ prezidentliyi uğrunda mübarizənin favoritidir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” dərc etdiyi sorğunun nəticələrinə istinadən bildirib.

Qeyd edək ki, bu nəticələrə görə, vətəndaşların 38 faizi Trampın 2024-cü il seçkilərində qalib gələcəyinə inanır. Eyni zamanda, səslərin 36 faizi hazırkı dövlət başçısı Cozef Baydenin lehinə olub.

Nəşrə görə, gələn il Tramp və Bayden arasında keçiriləcək “revanş” gərgin keçəcək, çünki hər iki namizəd Ağ Evə başa gələ biləcək ciddi zəifliklərlə üz-üzədir.

Bəzi seçicilər ölkənin iqtisadi problemləri və ABŞ-Meksika sərhədinin təhlükəsizliyi eləcə də cinayətlə bağlı narahatlıqlar səbəbindən Baydenin növbəti prezidentlik müddətinə namizədliyinə şübhə ilə yanaşırlar.

Tramp, öz növbəsində, 2020-ci il seçkilərini ləğv etmək səyləri və məxfi sənədlərlə işləməsi ilə bağlı dörd cinayət işi ilə üz-üzədir.

Sorğu nəticəsində məlum olub ki, Trampın bu ittihamlarla bağlı mühakimə olunması ona seçkidə əhəmiyyətli dəstək bahasına başa gələ bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə