Türkiyənin çay ixracat gəliri 2023-cü ilin ilk 11 ayında

Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib ...
Türkiyənin çay ixracat gəliri 2023-cü ilin ilk 11 ayında

Türkiyənin çay ixracat gəliri 2023-cü ilin ilk 11 ayında 23,6 milyon dolları keçib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib: “Türkiyədən 117 ölkə, muxtar və sərbəst bölgələrə çay satılıb. 2023-cü ilin yanvar-noyabr aylarında xaricə 4995 ton çay ixrac edilib, 23 milyon 603 min 945 dollar gəlir əldə olunub. Keçən ilin eyni dövründə 5701 tonluq ixracatdan 19 milyon 994 min 569 dollar gəlib. Beləcə, xarici satışlar 18 faiz artıb.

Ən çox çay ixrac edən 3 ölkə Belçika, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarıdır. Bu dövrdə Belçikaya 8 milyon 166 min 703, İngiltərəyə 2 milyon 973 min 980 və ABŞ-a 2 milyon 509 min 532 dollarlıq çay satılıb.

Sözügedən dövrdə Polşa, Slovakiya, İtaliya, Braziliya, Qabon, Antiqua və Barbuda, San-Tome və Prinsipi, Uruqvay, Portuqaliya, Dominikan, Toqo, Latviya və Ruandaya da çay ixrac edilib.

Türkiyəyə çay sifarişi artmaqdadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə