Netanyahu ABŞ-ın Qəzza məsələsində tam dəstəyini açıqlayıb

Netanyahu ABŞ-ın Qəzza məsələsində tam dəstəyini açıqlayıb

İsrailin baş naziri Benyamin Netanyahu, ölkə hakimiyyətinin Qəzza zolağında quru əməliyyatı üçün ABŞ-dan tam dəstək aldığını bildirib.

SİA bu barədə TASS-a istinadən yazır.

Qeyd edək ki, bu barədə Netanyahu ofisinin yayımladığı videomüraciət zamanı bildirib. Baş nazir əlavə edib ki, beynəlxalq təzyiqlərin azaldılmasında İsrail də ABŞ-dan dəstək alıb.

...Mən HƏMAS-ın məhv edilməsində və girovlarımızın qaytarılmasında Amerikanın dəstəyini çox yüksək qiymətləndirirəm. Prezident Bayden və komandası ilə intensiv ünsiyyətdən sonra biz quru əməliyyatı və müharibəni bitirmək üçün beynəlxalq təzyiqlərin azalması üçün tam dəstək aldıq.

Bunu deyən İsrailli Baş nazir etiraf edib ki, hazırda İsrail və ABŞ hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağında nə olacağı ilə bağlı razılığa gəlməyiblər. O, bu məsələdə də ABŞ-la razılığa gəlməyə ümid etdiyini, lakin İsrailin Fələstinin HƏMAS hərəkatının bölgədə hakimiyyəti saxlamasına imkan verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Netanyahu daha əvvəl HƏMAS üçün “sonun başlanğıcını” elan etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə