Rusların zirehli hücum kolonu məhv edilib

Rusların zirehli hücum kolonu məhv edilib

Ukrayna Silahlı Qüvvələrinin knyaz Vladimir Monomax adına 53-cü mexanikləşdirilmiş briqadasının əsgərləri Avdeevka istiqamətində rusların desant qüvvələri ilə birgə zirehli kolonunu da məhv ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bölmənin mətbuat xidməti Facebook sosial şəbəkəsindəki öz səhifəsində müvafiq video yayımlayıb.

Verilən məlumata görə, düşmən pilotsuz uçuş aparatları, artilleriya və tank əleyhinə raket komplekslərinin köməyi ilə məhv edilib.

...Artıq iki aylıq aktiv hücumlar düşməni “ekspress zibilliyə” atır. Onlar texnika və canlı qüvvədə böyük itkilər veriblər, lakin bu da onların torpaqlarımızı zəbt etmək cəhdlərinə mane olmur. Hücumdan sonra hücum, lakin hər cəhdin sonu məğlubiyyətlə olacaq.

Bu Ukrayna tərəfinin yayımladığı videoda deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə