Ağ Ev Ukraynaya dəstək üçün qalan vəsaitdən danışıb

Ağ Ev Ukraynaya dəstək üçün qalan vəsaitdən danışıb

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Birləşmiş Ştatların Ukraynanı “bir neçə həftə” dəstəkləmək üçün kifayət qədər pulu var.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə ona Konqresdən əlavə vəsait tələbi ilə “çox işləyəcəyinə” söz verəcək.

O vurğulayıb ki, əgər pul tükənərsə, onsuz Amerika tərəfi çox az iş görə bilər, əlavə maliyyə lazımdır, çünki ABŞ-ın hələ bir neçə həftəsi qalıb.

Kirbi əlavə edib ki, Vaşinqton 2023-cü ilin sonuna qədər Ukraynaya iki paket hərbi yardım etməyi planlaşdırır, bundan sonra vəsait tükənəcək.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Avropa İttifaqı diplomatları Macarıstanın mövqeyinə görə, Ukrayna üçün Avropa İttifaqının ümumi büdcəsindən kənar təcili maliyyə vəsaitinin cəlb edilməsi təkliflərini müzakirə ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə