“Nə İsrail, nə də HƏMAS sülhü qəbul edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Nə İsrail, nə də HƏMAS sülhü qəbul edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“İsrail-Fələstin müharibəsində vəziyyət gərgin olaraq qalmaqdadır. Xüsusilə HƏMAS-la İsrail hakimiyyəti arasında müvəqqəti olaraq atəşkəslə bağlı razılıq əldə edilsə də, hazırda gərginlik yenə də qalır. Çünki ikidövlətli sülh məsələsi beynəlxalq birlik tərəfindən təklif edilsə də nə İsrail, nə də HƏMAS bunu qəbul edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, istənilən halda bu gün İsraillə Fələstin arasında Qəzza, Qüdsün idarə edilməsi ilə bağlı fikir ayrılıqları var: “Bütün bunlar da İsrail-Fələstin qarşıdurmasında müsbətə doğru dəyişikliklərin olmasını qəlizləşdirir. Amma ortada iradə yüksək səviyyədə olarsa, müsbət irəliləyiş əldə edilə bilər. Bu iradəni də nümayiş etdirməyi bacarmaq lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə