Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı çıxış edən Səadət Partiyası Kocaeli deputatı Hasan Bitmez pis anlar yaşayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, deputat müzakirə zamanı huşunu itirib və yerə yıxılıb. Onun köməyinə həmkarları yetişib.
Deputata ilkin tibbi yardım göstərilib. Yerə yıxılarkən başı mərmərə dəydiyi öyrənilən Bitməzə ürək masajı da edilib. Hasan Bitmez xəstəxanaya aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB