Mirzoyan Kuleba ilə nəyi müzakirə etdi?

Mirzoyan Kuleba ilə nəyi müzakirə etdi?

"Brüsseldəki Aİ XİN başçıları Şurasının toplantısı çərçivəsində ukraynalı həmkarım Dmitro Kuleba ilə tanış olmaq üçün yaxşı fürsət oldu". SİA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan X-də yazıb.

"Qarşılıqlı maraq doğuran sahələrdə və regional məsələlərdə ikitərəfli əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıldı", - deyə o əlavə edib.

Qeyd edək ki, hər iki nazir Brüsseldə səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə