Serial ulduzu Qəzza ilə bağlı mesaj verib

Serial ulduzu Qəzza ilə bağlı mesaj verib

“La Casa de Papel” ulduzu Qəzza ilə bağlı mesaj verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "La Casa de Papel" serialında "Müfəttiş Raquel" obrazını canlandıran İtziar İtuno adını Fələstini dəstəkləyən məşhurlar siyahısına əlavə edib. Məşhur sima İspaniyanın Gernika şəhərində Qəzzaya dəstək nümayişinə qatılıb. Aktyor minlərlə insanın həlak olduğu Qəzzada tez bir zamanda atəşkəsin elan olunmasını istəyib.

Məşhur aktyor İsrailin Qəzzaya hücumunu pisləyib və Fələstinlə həmrəy olmağa çağırıb. Nümayişdə çıxış edən İtziar İtuno bunları deyib: "İşğal etdiyiniz Fələstin torpaqları da bizim torpaqlarımızdır. Qətlə yetirdiyiniz hər bir fələstinli uşaq da bizim övladlarımızdır. Biz bu soyqırımı seyr etməyəcəyik".

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə