Husilər Norveç tankerinə raket zərbəsi endirdiklərini təsdiqlədilər

Husilər Norveç tankerinə raket zərbəsi endirdiklərini təsdiqlədilər

...Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları neft daşımaları ilə İsrailə gedən Norveçin Strinda gəmisinə gəmi əleyhinə raketlə hücum ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya məlumat verib.

Yəmən Hərbi Dəniz Qüvvələri neft daşıyan və İsrail birləşməsinə doğru hərəkət edən Norveçin Strinda gəmisinə qarşı əməliyyat keçirib. Norveç gəmisi, gəmi əleyhinə raketlə vurulubş

Qeyd edək ki, Saria Telegram kanalın tərəfindən yayımlanan bu mətn üsyançıların bəyanatında yer alıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə