“Əbədi məşəl”i söndürən məktəblilər Rusiyadan qovulur, özü də...

“Əbədi məşəl”i söndürən məktəblilər Rusiyadan qovulur, özü də...

...Sankt-Peterburqun Krasnoselski rayonunda “Əbədi məşəl”i söndürən məktəblilər valideynləri ilə birlikdə Rusiyadan deportasiya olunacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Beləliklə, Baş İdarə 10 və 14 yaşlı oğlanların ailələrinin lazımi sənədləri olmadan Rusiyada olduğunu iddia edir. Onların hamısı Özbəkistan vətəndaşlarıdır.

...Polis hər iki ailənin Rusiya Federasiyasından çıxarılması barədə vəsatətlə məhkəməyə materiallar hazırlayır. Faktla bağlı polisin istintaq materialları, o cümlədən yeniyetmələrin özləri və valideynləri prosessual hərəkətlərin aparılması üçün istintaq orqanlarına təhvil verilib.

Xatırladaq ki, hadisə dekabrın 10-da Krasnoye Seloda baş verib. Belə ki, küçə müşahidə kameraları “Əbədi məşəl” üzərinə qar atan iki yeniyetməni lentə alıb. Alov sönəndən sonra onlar qaçıblar.

Daha sonra onlar polis tərəfindən saxlanılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə