İsrail ordusu Cenin şəhərinə hücum edib

İsrail ordusu Cenin şəhərinə hücum edib

İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər saatlarında İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücum ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Xəbərlər İsrail” (“Вести Израиль”) yazır.

Nəşrin yazdığına görə, səhər saat altı radələrində böyük bir İsrail zirehli bölməsi şəhərə daxil olduqdan, sonra əlavə qüvvələr də gətirilib.

Deyilənlərə görə, şəhərin güclü artilleriya atəşinə tutulması ilə əlaqədar olaraq, buldozerlər Cenin küçələrindəki binaları sökməyə başlayıblar.

Terrorçulara(?) zərbələr də havadan (hücum dronları ilə) həyata keçirilib. Fələstin mənbələri bir neçə ölü və yaralı olduğunu bildirir.

İsrail hərbçiləri tərəfindən itkinin olmadığı deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə