30 minə yaxın ev işıqsız qaldı

30 minə yaxın ev işıqsız qaldı

Kanadanın şərqində 30 minə yaxın ev işıqsız qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın yerli telekanalı məlumat yayıb.

Milli Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti 28 m/s-ə çatıb. Güclü yağışlar nəticəsində bəzi yerlərdə yolları su basıb. Bundan əlavə, Kanadanın Atlantik əyalətləri arasında bərə əlaqəsi qismən dayandırılıb.

Bazar ertəsi bir sıra məktəblərdə dərslər ləğv edilib. Zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə